30.09.2025
“Erməni Dili Üzrə Sertfikatlı Tədris Proqramı”na Start Verildi

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi sizi erməni dilini sıfırdan öyrənməyə və mövcud biliklərinizi daha da təkmilləşdirməyə dəvət edir.

Bu proqram iştirakçılara qrammatika, yazı, oxu və dinləmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, akademik və peşəkar mühitdə sərbəst ünsiyyət qurmaq imkanı yaradır.

Tədris forması:

·       Başlanğıc, orta  və yüksək səviyyələr üzrə fərdi və  qrup dərsləri təşkil edilir.

·       Dərslər Mərkəzimizin peşəkar müəllimləri tərəfindən 1.5 saat olmaqla həftədə 2 dəfə  keçirilir.

·       Tədris proqramına  uyğun olaraq, sınaq imtahanları ayda 1 dəfə, səviyyə imtahanları isə hər 2 aydan bir təşkil olunur.

·       Həftədə bir dəfə əlavə olaraq, danışıq dərsləri təyin edilir.

·       Tədris zamanı bütün zəruri materiallar Mərkəzimiz tərəfindən təmin edilir.

Proqramın yekununda siz erməni dilində sərbəst ünsiyyət qurmaq və yazılı mətnlərlə işləmək bacarığı əldə edəcəksiniz. Eyni zamanda, tədris prosesini uğurla başa vuran iştirakçılar Mərkəzimiz tərəfindən rəsmi sertifikatla təltif ediləcəklər.

Bizimlə əlaqə:

Qeydiyyatdan keçmək üçün sayıtımızdakı https://cosmoline.info/az/contact  linkinə keçid edərək, formu doldurub göndərməyiniz tələb olunur. Forumdakı mesajınız adlı boş xanaya isə aşağıdakı məlumatların  qeyd olunması vacibdir:

·       Ad, soyad və ata adı

·       Doğum təvəllüdü

·       Təhsil aldığınız ali təhsil müəssisəsi və ixtisasınız

·       Erməni dili üzrə bilik səviyyəniz

Qeyd:

·      Ətraflı məlumat əldə etmək istəyən və maraqlanan şəxslər Mərkəzimizin +994(51)-648-43-56 Whatsapp əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.

·       Kurslarımızda iştirak etməyən şəxslər də danışıq dərsi və ya imtahana (ödənişli əsaslarla) qoşula bilərlər.